Bizim əsas məqəsdimiz siz, işçiləriniz, tərəfdaşlarınız və müştəriləriniz üçün gələcəyə inam təmin etməkdir
BEYNƏLXALQ
TİBBİ SIĞORTA
Managed Care Azerbaijan – stabillik, etibarlılıq, yüksək keyfiyyət
MCA - beynəlxalq könüllü tibbi sığorta, kritik xəstəliklərin müalicəsi üçün sığorta, ikinci tibbi rəy və naviqasiya xidmətləri üzrə ixtisaslaşmış tibbi yardım. MCA-nın paralel ixtisaslaşması ixtisaslaşdırılmış tibb mərkəzləri üçün layihələrin hazırlanması və səhiyyə sistemində proseslərin inkişafı üzrə məsləhətlərin verilməsidir.
Azərbaycan nümayəndəliyi 2023-cü ildə açıldı və "Managed Care" beynəlxalq konsepsiyasının Azərbaycanda ilk səfirlərindən biri oldu.

XİDMƏTLƏRİMİZ
  • Kritik xəstəliklərin müalicəsi
    Dünyanın ən yaxşı tibb mərkəzlərində müalicənin təşkili və ödənişi.
  • İkinci tibbi rəy
    Əvvəllər alınmış və dəqiqləşdirmə tələb edən diaqnoz, tibbi göstərişlər,müalicə planı və digər tövsiyələrlə bağlı xarici müstəqil ekspertlərdən tibbi rəy alınması.
  • Çekap
    Sağlamlıq vəziyyətinizi qiymətləndirməyə imkan verən kompleks tibbi müayinə.
  • Multidisiplinar layihələrin işlənib hazırlanması
    Səhiyyə və tibb sferada idarəetmə üzrə multidisiplinar layihələrin işlənib hazırlanması.

  • İdarə edilən tibbi xidmətin konsepsiyası:
    Sığorta şirkətlərinin və ya digər təşkilatların müalicə prosesini idarə etdiyi, keyfiyyətinə və dəyərinə nəzarət etdiyi tibbi yardımın xidməti və təşkilinə yanaşma. Bu yanaşma müxtəlif səhiyyə xidmətlərinin əlaqələndirilməsini və inteqrasiyasını, həmçinin xəstələrin sağlamlığında fəal iştirakını nəzərdə tutur.
  • Tibbi sığortanın üstünlükləri
    Tibbi xərclərin maliyyələşdirilməsi
    Tibbi sığorta həkim ziyarəti, müayinələr, prosedurlar, dərmanlar və hospitalizasiya kimi tibbi xidmətlərin xərclərini əhatə edir.
    Gözlənilməz xərclərdən qorunma
    Sığorta gözlənilməz tibbi xərclərdən qorunma təmin edir.
    Tibbi xidmətlərin əlçatanlığının artırılması
    Sığorta tibb mərkəzlərinin geniş siyahısına çıxışı təmin edir.
    Keyfiyyətə nəzarət
    Sığorta şirkəti tibbi xidmətlərin keyfiyyətinə nəzarət edir.

Tərəfdaşlara

MANAGED CARE AZERBAIJAN tibbi və sığorta bazarlarının mütəxəssislərini bir araya gətirir, qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə şərait yaradır
  • 1 – Sığorta şirkətləri
    Biz MDB ölkələrinin aparıcı sığorta şirkətləri üzrə xidmət mərkəziyik. Biz sığortalılara istər kritik xəstəliklərin müalicəsi, istər çekapın təşkili, istərsə də KTS proqramları çərçivəsində müalicə daxil olmaqla tibbi yardımın təşkili üzrə müalicə xidmətləri göstəririk. Biz tibb təşkilatlarından alınan hesabların tibbi və iqtisadi ekspertizasına zəmanət verir, xərclərin ödənilməsini, həmçinin sığorta hadisələri çərçivəsində sığortalılara inzibati dəstəyi təmin edirik.
  • 2 - Tibb təşkilatları
    MCA müştərilərinə bütün dünyada tibbi təşkilatlara çıxış imkanı verir. MCA ilə tərəfdaşlıq tibbi təşkilata müştəri axınını və konversiyanı artırmağa imkan verən qarşılıqlı faydalı əməkdaşlıqdır.
Madanes Şirkətlər Qrupu 51 il əvvəl şirkətin indiki İdarə Heyətinin sədri cənab Şuki Madanes tərəfindən yaradılmışdır.
Managed Care Azerbaijan Madanes Group-un eksklüziv tərəfdaşıdır.
  • 85 000
    ildə sığorta hadisəsi
  • 51
    illik təcrübə
  • 900
    klinika
  • 1 500 000
    müştəri
Beynəlxalq tibbi sığorta

Xərçəng, istənilən əməliyyat, reabilitasiya, transplantasiya, palliativ müalicə

İşçilər və qohumlar
Əhatə dairəsi: Bütün dünyada
100 000-10 000 000 ABŞ dolları arasında sığorta məbləği, çevik ödəniş sxemləri
İndividual xidmət və dəstək
Uçuş və yaşayış
Müayinə və ikinci tibbi rəy
Psixoloji dəstək
Managed Care ilə əlaqə saxlamazdan əvvəl: Laparoskopik cərrahiyyə sinir hissini və ereksiyanı itirmə ehtimalını qoruyub saxlamadan tövsiyə edilmişdir. Managed Care ilə əlaqə saxladıqdan sonra: 3 tibb mərkəzində üz-üzə məsləhətləşmələr təşkil edildi, sonra Da Vinci robot yardımlı əməliyyatı təyin edilərək, sinirlərin həssaslığını və orqanın funksionallığını qorumaq mümkün oldu. Proqram tövsiyyə olunan laparoskopik əməliyyatdan 3 dəfə baha olan robotik cərrahiyyə xərclərini əhatə etdi.

Kişi
Prostat xərçəngi diaqnozu
Managed Care ilə əlaqə saxlamazdan əvvəl: Yaşadığı ölkədə sümük iliyinin transplantasiyası tövsiyə olunur.
Managed Care ilə əlaqə saxladıqdan sonra: 1 ay ərzində Almaniyanın Helios Berlin Buch Klinikasında sümük iliyi transplantasiyası ilə bağlı müalicə, transplantasiyanın özü, orqan seçimi və donorun aktivləşdirilməsi də daxil olmaqla təşkil edildi. Xəstə 1,5 il ərzində klinikadan çıxmadan bu müalicəni alıb. Proqram müalicənin bütün xərclərini əhatə etdi.
Qadın
Lenfoma diaqnozu
İkinci tibbi rəy:
İkinci tibbi rəy diaqnoz, tibbi göstərişlər, müalicə planı və əvvəllər alınmış və dəqiqləşdirmə tələb olunan tövsiyələrlə bağlı müstəqil ekspert tibbi rəy (alternativ rəy) almaq imkanıdır.
Müştəri Managed Care Azerbaijan ilə əlaqə saxladıqdan sonra ona təşkilati dəstək göstərən şəxsi kurator təyin olunur
Kliniki vəziyyət və müştərinin tələbləri əsasında, kurator tərəfindən konkret tibbi sahə üzrə ən güclü həkim-mütəxəssis təyin edilir
14 gün ərzində müştəri mütləq geri-dönüş olunması ilə həkim rəyinin tam sənəd toplusunu təhvil alır
(əsli və tərcümə halı daxildir)
Hansı diaqnozlar üçün müraciət edə bilərsiniz:
Onkologiya
Kardiologiya
Nevrologiya
Ortopediya
Nefrologiya
xoşxasssəli və bədxassəli yenitörəmələr
ürək-damar sisteminin xəstəlikləri
mərkəzi sinir sisteminin xəstəlikləri və xəsarətləri
iskelet-əzələ sisteminin xəsarətləri və xəstəlikləri
böyrək xəstəlikləri
Managed Care ilə əlaqə saxlamazdan əvvəl: mədəaltı vəzin xərçəngi diaqnozu qoyuldu.
Managed Care ilə əlaqə saxladıqdan sonra: tibbi materialların nəzərdən keçirilməsi nəticəsində məlum oldu ki, diaqnoz səhv qoyulub və orqanın struktur xüsusiyyəti şiş kimi qəbul edilib.
Qadın
Mədəaltı vəzin xərçəngi diaqnozu
BİZİMLƏ TƏRƏFDAŞLIĞIN ÜSTÜNLÜKLƏRİ
  • BÖYÜK TƏCRÜBƏ
    Tibbi Sığortanın bütün aspektləri üzrə 10 ildən çox peşəkar təcrübə: anderraytinq, sığorta riskləri, xərclərin məhdudlaşdırılması və.s.
  • 24/7 DƏSTƏK
    Azərbaycanda və dünyanın istənilən yerində, istənilən vaxt tibbi yardımın təşkili ilə bağlı məsələlərin operativ həll edilməsi.
  • DÜNYA ÜZRƏ KLİNİKALAR ŞƏBƏKƏSİ
    Dünya üzrə ən böyük klinikalar şəbəkəsi və Azərbaycan, Türkiyə, Rusiya, İsrail, Cənubi Koreya və Avropada yerləşən tibb müəssisələri ilə əməkdaşlıq.
  • PEŞƏKAR MÜTƏXƏSSİSLƏR
    Ən yaxşı tibb mütəxəssisləri, tibbi sığorta mütəxəssisləri, hüquqşünaslar və servis xidmətləri sizin üçün çalışır.
MCA KOMANDASI
MCA PEŞƏKARLAR KOMANDASINI ÖZÜNDƏ BİRLƏŞDİRİR
Elena Solopova
Managed Care Group-un baş direktoru
Təhsil:
-2009-cu ildə Rusiya Dövlət Humanitar Universitetini bitirib.
-2010-cu ildə Yerusəlim Yəhudi Universitetini bitirib

Təcrübə:
-Brayden Universiteti (Braindis Colleage Institute);
-Yerusəlimdə Yəhudi Universiteti (The Hebrew University in Jerusalem);
-GenRe Management & Leadership Program.

Karyera:
-2010-cu ildə şirkətdə direktor müavini kimi işləməyə başlayıb, sonra isə Managedcare Russia-nın baş direktoru və kiçik tərəfdaşı olub.
-2014-cü ildən hazırki dövrə kimi RF və MDB-də beynəlxalq tibbi sığorta provayderi Madanes-in baş direktorudur.
-“AvtoZP Rus” MMC-də əməliyyatlar üzrə direktor müavini işləyib
-Bu sahədə (sığorta) 10 ildən artıq iş təcrübəsi.
Tural İslamov Qabil oğlu
Managed Care Azerbaijan Beynalxalq sığorta provayderinin direktoru.
Təhsil :
2005 il – Bakı Dövlət Universitetini bitirib.
2007 il – Bakı Dövlət Universitetində magistratura təhsili alıb.
2010 il – Bakı Dövlət Universitetində aspirantura təhsili alıb.

İş təcrübəsi :
2006 – 2011 illərdə Bakı Dövlət Universitetində pedaqoq fəaliyyəti göstərib.
2011 – 2015 müxtəlif dövlət vəzifələrində çalışıb.
2015 – 2020 illərdə özəl müəssisələrdə rəhbər vəzifəsində çalışıb.
2020 – 2023 ildə Eden MMC şirkətinin təsisçi və baş direktor vəzifəsində çalışıb.
İşlədiyimiz ölkələr
  • AZƏRBAYCAN
    RUSİYA
    ABŞ
    BÖYÜK BRİTANİYA
    KUBA
    ALMANİYA
    AVSTRİYA
    İSPANİYA
    İTALİYA
    TÜRKİYƏ
    İSRAİL
    GÜRCÜSTAN
    NİDERLAND
    LİTVA
    BELARUSİYA
    ÖZBƏKİSTAN
    HİNDİSTAN
    SİNQAPUR
    ÇİN
    CƏNUBİ KOREYA
    QAZAXISTAN
Sual/Cavab
ƏN ÇOX VERİLƏN SUALLARI CAVABLADIQ:
Bizimlə əlaqə
+994 (012) 310 75 85

Bakı şəhəri, Nizami 90A, Landmark 3, AZ1010

info@managedcare.az